F-1.az xatırladır ki, 2022-ci ildə 3 komanda – Ferrari, Red Bull, Mercedes – podium uğrunda mübarizə aparıb. Sadəcə bir dəfə bu üç komandadan başqa McLaren mövsümün 4-cü yarışı İmolada podiuma yüksələ bilib.
Lyuis Həmilton: “Ümid edirəm ki, gələn il daha çox komanda qələbə üçün mübarizə aparar. Bəlkə də, ən az üç komanda olar, bəlkə daha çox. Alpine hazırda yaxşıdır və McLaren də qaytımağa çalışır. Görək nə olur”.