L.Həmilton: Çox iş görməliyik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bazar günü çox əziyyət çəkəcək.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu İstanbulda cümə gününü zirvədə bağlayıb. Amma motor dəyişikliyinə görə arışın startında 10 yer itirəcək.

Lyuis Həmilton: “Tras keçən ilə nisbətən çox fərqlidir. Keçən il asfalt qatı tamamilə yeni idi. Deyəsən yağ üzə çıxmışdı. Buna görə də bu il mənim üçün müəmmalı idi. Ancaq əvvəlki ilə nisbətən asfaltla ilişmə daha yaxşı idi. Belə olan halda bu trasda sürmək əvvəlki kimi həzz verir.

Cümə gününə yaxşı sazlanma ilə başladıq. İlk sessiyada güclü idik. İkinci sessiyada isə tras dəyişdi və yaxşı dəyişikliklər etdik. Buna baxmayaraq, yaxşı məlumatlar topladıq. Ümid edirəm ki, bunlar sabah bizə kömək edə bilər.

Boliddən razıyam. Axşamlar da həmişə bəzi şeylər kəşf edirik. Ümdi edirəm ki, bu axşam da taparıq və sabah yaxşı nəticə əldə edərik. Bazar günü işim çox olacaq. Sabah hava şəraitindən asılı olmayaraq, ən yaxşı nəticəni əldə etməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*