F-1.az xatırladır ki, britaniyalı sürücü ən yaxın rəqibi Sebstyan Fetteli 0.3 saniyə qabaqlayaraq, poul qazanıb. 32 yaşlı sürücü 1:22.188 zaman nəticəsi ilə trasın rekorduna imza atıb.
Lyuis Həmilton: “Burada olmaq əla hissdir. Albert Parkda 11-ci dəfə yarışıram. Amma 2007-ci ildəki debüt yarışım kimi həyəcanlıyam. Komandamla fəxr duyuram. Barselonadan sonra bolidi yaxşı vəziyyətə gətiriblər. Bolidi sürmək həzz verir və özümü rahat hiss edirəm.
Bu gün Valtteri də əla iş gördü. Onu təbrik edirəm. Sabahkı yarışda həm onunla, həm də Ferrari sürücüləri ilə mübarizə aparmağı gözləyirəm. Ümid edirəm ki, sonda biz qalib gələrik”.