F-1.az bildirir ki, Mercedes keyfiyyət problemlərinə görə Kanadaya yeni mühərrikləri gətirə bilməyib. Bu isə o deməkdir ki, “gümüşü oxlar” artıq 7-ci yarışını keçirən güc qurğusu ilə mübarizə aparmalı olacaqlar. Ferrari isə Kanadada yenilənmiş mühərrikdən istifadə edə biləcək.
Lyuis Həmilton: “Bu tras güc tələb edir. Yeni mühərriklər bizə kömək edəcəkdi. Uşaqlar bacardıqca çox işlədilər. Sonda gətirməmək qərarı aldıq. Şanssızlıq olsa da, məntiqli qərar idi. Onsuz yarışmağa çalışacağıq. Bu mühərriklə yeddinci yarış olduğu üçün performansımız aşağı olacaq. Motor hər yarış at qüvvəsi itirir. Güc tələb edən trasda bu çox hiss olunacaq.
Ferrari yeni mühərrik gətirdiyi üçün güclü olacaq. Çətin olacaq. Hədəfimiz yarışı tamamlamaq olacaq. Onların yenilikləri 0.1-0.2 saniyə üstünlük qazandıra bilər. Bu il Ferrari düzlüklərdə də çox güclüdür”.