L.Həmilton: “Çətin qələbə oldu”

Yaponiya yarışına pouldan başlayaraq qalib gələn Lyuis Həmilton gözəl günü geri qoyduğunu bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücünün əsas rəqibi Sebastyan Fettel mühərrik problemi yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırıb. Beləliklə, Həmilton ən yaxın izləyicisi ilə fərqi 59 xala çıxarıb.

Lyuis Həmilton: “Bu gün burada möhtəşəm fan ordusu var idi və bizi gözəl dəstəklədilər. Komanda olaraq möhtəşəm günü geridə qoyduq. Maks da bu gün rəqabətədavamlı idi və bizim üçün asan qələbə olmadı. Bilirdik ki, yarış tempində güclüdürlər, amma onları geridə tuta bildik. Yarışın son hissəsində virtual təhlükəsizlik avtomobilindən sonra təkərləri qızdırmaqda çətinlik çəkdim və Maks çox yaxınlaşdı. Ancaq səhv etmədim və qalib gəldim.

Ferrari son yarışlarda etibarlılıqla bağlı çox problem yaşadı. Komandaya təşəkkür edirəm. Bizə hər cəhətdən güclü bolid verdilər. Onların hesabına bu gün xəyal belə etmədiyim fərqlə liderəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*