L.Həmilton: “Çətin həftəsonu oldu”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarış onun üçün çətin keçib...

F-1.az xatırladır ki, Lyuis Həmilton ERS probleminə görə sıralanma turunda heç bir zaman nəticəsi göstərə bilməyib və yarışa 22-ci yerdən başlamalı olub. Britaniyalı sürücü startdan sonra bir neçə yer qazansa da, Sebastyan Fettel və Kimi Rəykkönenin insidentindən sonra yaranan qarışıqlıqda Felipe Nasr ilə təmas edib və ön qanadını itirib.

Lyuis Həmilton: “Çox çətin yarış oldu. Arxa cərgələrdən yarışa başlamaq çətindir, ancaq yaxşı start aldım. Daha sonra geriyə düşdüm və yüksəlməyə çalışdım.

Önümdəki şeylərdən qaçmağa çalışırdım, amma xaosun ortasına düşdüm və daha sonra çalışdım ki, öz yolumda mübarizə aparım.

Tras çox yaxşıdır və hücum etmək üçün əlverişlidir, amma bolid ciddi şəkildə zərər gördü. Bəzi aerodinamik detallarda xırda problemlər var idi. Xüsusən də, asılqanlara nəsə olmuşdu, çünki bolid çox yellənirdi”.

Komanda birinci dövrənin sonunda Həmiltonun maşınında ön qanadı dəyişdirib və təhlükəsizlik avtomobili ona rəqiblərinə yaxınlaşmaqda kömək edib, ancaq Lyuis komanda yoldaşı Rosberq kimi sürətli olmayıb.

Lyuis Həmilton hazırda komanda yoldaşı Rosberqdən 36 xal geri qalır.

Lyuis Həmilton: “Tez-tez pit-stop etməli olduq, ona görə də çox xal qazana bilmədik.

Sonda  təkərlərdən heç nə qalmadı, amma yarışlar belədir. Bizim üçün gözəl həftəsonu deyildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*