F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Belçikada Alonso ilə insidentə qarışmış və nəticədə 45g qüvvəsində təzyiqə məruz qalmışdı. Buna görə də motorun vəziyyətini öyrənmək üçün yarışdan sonra bazaya göndərmişdilər.
Motoru yoxlayan mexaniklər belə qərara gəliblər ki, vəziyyət yaxşı deyil və buna görə də britaniyalı pilot bu həftəsonu yeni motora keçəcək.