F-1.az xatırladır ki, Britaniyada öz işinin ustadı olan şəxslərə İngiltərə Kraliçası tərəfindən Cəngavərlik Statusu verilir. 1973-cü ildə bütün dövrlərin ən güclü sürücüsü hesab edilən Ceki Stüart bu statusa 2001-ci ildə yiyələnmişdi.
Ceki Stüart: “Sadəcə yaxşı idmançı və ya bəzi idman növlərində uğurlu olduğunuz üçün bu statusu gözləməməlisiniz. Vəziyyət daha dərindir. Kraliça indiyə kimi tanış olduğum ən dahi qadındır. Cəngavər statusunu alanda buna layiq olduğumu hiss etməmişdim. Ümid edirəm ki, Lyuisdə də belə olar. Bu status mənim üçün sürpriz və əyləncəli oldu.
Lyuis hələlik uğurlar və mükafatlar qazanır. Bunun hesabına pul qazanır. Məşhurluğun həzzini yaşamalıdır. Amma buna tək başına yiyələnməyib. Məsələn, Ron Dennis Cəngavər Statusu almayıb, lakin Ron olmasaydı, bəlkə Lyuis də olmazdı.
Stirlinq Moss bunun üçün təqaüdə çıxdıqdan sonra 40 il gözləməli oldu. Zənn etmirəm ki, həmin illər ərzində məyus idi. Hazırda bu statusa layiqdir. Məsələn, Qrəhəm Hill və Cim Klark bu statusa layiq görülməmişdilər”.