F-1.az xatırladır ki, Lyuis Həmilton mövsümün əvvəlində kifayət qədər problemlərlə üzləşmiş, Belçikada motor dəyişdirərək yarışa son yerlərdən başlamışdı. Nikonun Belçikadan sonra İtaliya və Sinqapurda da qalib gəlməsi çempionatdakı vəziyyəti xeyli dəyişdirib. Yay fasiləsinə qədər hər kəs Lyuisin çempion olacağına əmin idisə də, indi Nikonun şansını yüksək qiymətləndirənlər də az deyil.
Lyuis Həmilton: “Bu il çempion kim olacaq? Bunu zaman göstərəcək. Keçən illərdəkilərlə müqayisədə xeyli qəribə hadisələrlə qarşılaşdım. Səbəbini bilirəm? Xeyr.
Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Əbu Dabi Qran Prisindən sonra mövsümü necə keçirdiyimizə qiymət verə biləcəyik.”