L.Həmilton: “Çempion olmaq məndən asılı deyil”

Lyuis Həmilton Meksika yarışından əvvəl rahat olduğunu bildirib, çünki çempion olmaq təkcə ondan asılı deyil...

F-1.az xatırladır ki, Həmilton son 3 yarışa Rosberqdən 26 xal geridə girir. Bu isə o deməkdir ki, almaniyalı iki dəfə 2-ci, bir dəfə 3-cü olsa belə, Dünya Çempionu titulunu qazanacaq.

Lyuis Həmilton: “Hadisəyə fərqli formada baxa bilərsiniz, amma bütün yarışları qazanmalıyam. Son yarışdan bəri bunu bilirəm. Sıralanma turu və yarışda ən yaxşı nəticələri əldə etmək üçün əlimdən gələnin ən yaxşısını və indiyə qədər öyrəndiyim hər şeyi edəcəm.

Ən yaxşı olmaq üçün vaxtım varsa, bu növbəti 3 yarışda olacaq”.

Həmilton əlavə edib ki, risk etməyəcək. Çünki lazımi qədər risk alıb: “Başqa yarışlara necə hazırlaşmışamsa, yenə də elə hazırlaşacam. Digər sürücülərə nisbətən daha rahat ola bilərəm. Çünki məndən asılı olmayan şeylər var. Məndən asılı olan şey bolidi sürməkdir. Ümid edirəm ki, işimə fokuslandıqca daha yaxşı işlər görə bilərəm. Yaxşı nəticələr ala bilməsəm də, növbəti yarışlara baxmalıyam.

Risk etməyəcəm. Həmişəki kimi diqqətli olacam. Hədəfim üçün mübarizə aparacam. Bu dəqiqdir. Bir faiz şansım olsa da, hədəfim üçün mübarizə aparacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*