L.Həmilton çempion kubokuna qovuşub

FİA Gala mərasimi ənənəvi olaraq avtoidman mövsümünü başa vurur. Son illərdə müxtəlif şəhərlədə keçirilən təntənəli mükafatlandırma mərasimi bu dəfə Rusiyaya təşrif buyurub - FİA-nın bayrağı altında keçirilən bütün yarışların mükafatçıları Sankt-Peterburqda Akademik Filarmoniyada bir araya gəliblər.

F-1.az bildirir ki, bütün seriyaların mükafatçıları öz kuboklarını aldıqdan sonra FİA-nın prezidenti Lyuis Həmiltona builki çempionluq kubokunu təqdim edib. Bundan başqa, Lyuis həm də “İlin personası” mükafatına layiq görülüb. Əvvəlki 3 ildə bu mükafat Maks Ferstappenə verilirdi.

FIA Prize Giving 2018

Formula1-in icraçı direktoru Çeyz Keri isə Toto Volffa ardıcıl 5-ci dəfə Mühəndislər Kubokunu təqdim edib. Sebastyan Fettel və Kimi Rəykkönen isə mövsümün yekununa görə 2-ci və 3-cü yerin kuboklarını alıblar.

Corc Rassel Formula2, Mik Şumaxer Formula3, Jan Erik Vern Formula E, Sebastyen Ojye ralli çempionatlarında qazandıqları birinciliklərə görə mükafatlandırılıblar.

FIA Prize Giving 2018

Niki Lauda və Toto Volff FİA-nın prezidentinin xüsusi mükafatını alıblar. Şarl Lekler “İlin debütantı” mükafatına sahib çıxıb. “Ən yaxşı Qran Pri” mükafatı isə ardıcıl dördüncü dəfə Meksika Qran Prisinin promouterlərinə verilib.

Gələn il FİA Gala mərasimi dekabrın 6-da Parisdə baş tutacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*