L.Həmilton: Cavanlıqda barmenlik edirdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, cavanlıqda barmenlik edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü hazırda Formula1 tarixinin ən çox yarış və poul qazanan sürücüsüdür.

Lyuis Həmilton: “Heç vaxt barları sevməmişəm. 17 yaşımda bir barda barmen kimi işləmişdim. Deyəsən saatına 3.5 sterlinq alırdım. Minimum maaşa işləyirdim. Yaxşı təcrübə idi.

İşin ən gözəl tərəfi ayrıldığım gün barı təmizləyəndə oldu. İçkilərin dadı maraqlı idi və hamısının dadına baxmışdım. Atam məni gəlib götürməli olmuşdu. Çox sərxoş idim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*