F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk iki yarışında bərbad start alaraq, ilk dövrələrdə geriyə düşüb.
Lyuis Həmilton: “Start almağı məşq edirəm. Çünki ilk iki yarışda çox bərbad idim. Bunun üzərində işləməyə davam edəcəm. Bəzən yerə yıxılıb və ayağa durarsınız. Sonra yenidən yeriməyə davam edərsiniz. Amma hələ də mübarizənin içindəyəm və Bəhreyndə Valtterini qabaqlaya bildim. Oradakı ötməmdən razıyam. Sebastyanla mübarizədən həzz aldım”.