F-1.az xatırladır ki, britaniyalı sürücü pit-stopdan sonra radiodan davamlı şikayətlər etsə də, Rikkardonun mühərrik problemləri üzündən yavaşlamasına görə rəqibinə yaxınlaşa bilib. Lakin daha əvvəl Monakoda iki dəfə qalib gəlmiş Lyuis hücum etmək üçün fürsət tapa bilməyib.
Lyuis Həmilton: “Əvvəlcə Danieli təbrik edirəm. Əla iş gördülər və həftəsonu ərzində sürətli idilər. Əslində ikinci olmaq istəyərdim, amma əlimdən gələni etsəm də, mümkün olmadı. Ancaq nəticədən razıyam. Ən azından bir Red Bull-la Ferrari-ni qabaqladım. İndi isə Kanadaya fokuslanıb gözəl nəticələr almağa fokuslanmalıyıq. Bura gələndə bilirdik ki, rəqiblərimizdən geridəyik. Lakin digər yarışlarda belə olacağını düşünmürəm”.