L.Həmilton: Bunu gözləmirdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ilyarımdan sonra poul qazandığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü son poulunu 2021-ci ilin Səudiyyə Ərəbistanı Qran Prisində əldə etmişdi. Lakin yeddiqat Dünya Çempionu daha əvvəl 8 dəfə qazandığı Macarıstanda yenidən poul mövqeyinə qayıdıb. O, atdığı son dövrə ilə Maks Ferstappeni 0.003 sanyə qabaqlayıb.

Bu, Lyuis Həmiltonun karyerasındakı 104-cü pouldur.

Lyuis Həmilton: “İlyarımdan sonra poul qazanmaq inanılmaz hissdir. Maşında qışqırmaqdan səsim batdı. Elə bil ki, ilk dəfə poul qazanırdım. Burada olduğum üçün minnətdaram. Komandadakı hamı çox işlədi. Axır ki, ən öndəyik.

Bütün azarkeşlərə təşəkkür edirəm. Budapeştdə hər il inanılmaz azarkeş kütləsi olur. Bu gün poul uğrunda mübarizə aparmağı gözləmirdim. Buna görə də son cəhdimdə əlimdən gələni etdim və bütün enerjim tükəndi.

Enişlər və yoxuşlar oldu. Uzun və çətin prosesdən keçirik. Amma inancımızı itirmədik. Hamımız bir araya gəldik. Maşını ən yaxşı formada təkmilləşdiririk.

Bu gün 4-cü və 11-ci döngələrdə rəqiblərimizə nisbətən vaxt itirirdik. Buna görə də sadəcə qaza basdım və yolda qalmağa ümid etdim. Asan deyildi və bundan sonra da asan olmayacaq. Ümid edirəm ki, doğru yoldayıq. Zirvəyə dönmək üçün əlimizdən gələni etməliyik. Sabah çox işləməliyik. Ferstappen və Norrislə mübarizə apatmaq çətin lacaq. Lando əla yarışır. McLaren-in zirvədə olduğunu görmək əladır. Maks isə həmişə zirvədədir. Həmişə yaxşı işləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*