F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa dördüncü yerdən başlasa da, yarış tempində yaxşı olub və finişə ikinci yerdə çatıb. O, yarış ərzində Ləns Stroll və Karlos Saynsı trasda keçərək, builki ikinci podiumunu əldə edib.
Lyuis Həmilton: “Dostum, burada çoxlu azarkeş var. Hər il olduğu kimi. Barselonaya gələn hər kəsə təşəkkür edirəm.
Komanda üçün əla nəticədir. Bunu gözləmirdik. Buna görə də komandaya təşəkkür edirəm. Bazada işləyən hər kəsə. Davamlı olaraq əllərindən gələni etdilər və bizi Red Bull-a yaxınlaşdırdılar. Hələ onlar bizdən öndədirlər, ancaq onları qovmağa davam edəcəyik. Ancaq bu əla nəticədir və Corc yaxşı nəticə göstərdi.
Hazırda Red Bull çox sürətlidir. Bunun üzərində işləyirik. Hər yarışda addımlar atırıq. Mövsümün sonunda onlara çatsaq, əla olacaq. Anca qbu il alınmasa, gələn il yaxın olmalıyıq. Tam olaraq motivasiyamızı toplamışıq. Ayağımızı qazdan götürməyəcəyik”.
Qeyd edək ki, Mercedes keçən yarış Monakoya yeniliklər gətirmiş və onları ill dəfə Barselonada anlamışdılar.