F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Meksikadakı sıralanma turunda üçüncü olub.
Lyuis Həmilton: “Heyif ki, ilk nəticəm silindi. Onsuz da zəif idi. Red Bull həmişəki kimi çox sürətlidir, amma bugünkü gözəl performansımıza görə komandamla fəxr edirəm.
Bütün mövsüm ərzində ən yaxşı sıralanma turunu əldə etdik. Bu da təslim olmadığımızı göstərir. Buradakı və bazadakı hər kəsə təşəkkür edirəm.
Son cəhdim zəif idi. Daha yaxşısı mümkün idi. Sabah əlimizdən gələni edəcəyik. İlk döngəyə qədər məsafə uzundur”.