F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Qətərdə rahatlıqla qələbə qazanıb və mövsümün bitməsinə iki yarış qalmış Ferstappenlə fərqi 8-ə endirib.
Lyuis Həmilton: “Yarış bəsit idi. Özümü tək hiss elədim. Mübarizə apardığım yarışlardan daha çox həzz alıram. Lakin bu gün xallara ehtiyacım var idi. Komanda pitlərdə yaxşı işlədi. Yarışın təkrarını izləyib arxada nələrin baş verdiyinə baxacam.
Rəqiblərimin təkərləri niyə partlayıb bilmirəm. Lakin əminəm ki, bordürlərə görə olub. Bu xallara görə minnətdaram. Gözəl mövsümdür. İlin sonlarında ardıcıl qələbələr qazanmaq əla hissdir. Bu hal bizim vəziyyətimizi yaxşılaşdırdı”.