F-1.az xatırladır ki, sıralanma turunda Ferstappen daha güclü olsa da, son cəhdində Fettel inanılmaz bir dövrə vuraraq, Ferrari-yə 47 ildən sonra Meksikada poul qazandırıb.
Lyuis Həmilton: “Əlimdən gələn hər şeyi etdim. Düzünü desəm, son cəhdimdə bir az sürətli ola bilərdim, amma yenə də rəqiblərimə çata bilməzdim. Bolidin balansı yaxşı idi, sadəcə bir az tempə ehtiyacımız var idi”.