L.Həmilton: Bu qədər geri qalacağımızı gözləmirdik

F-1.az bildirir ki, Mercedes sürücüləri startda üçüncü cərgəni tutacaqlar və Lyuis komanda yoldaşınızı cüzi fərqlə qabaqlayıb. Lakin Red Bull ilə fərq kifayət qədər böyük olub.

Lyuis Həmilton: “Əlbəttə, trasın xüsusiyyətləri Braziliyada qələbə dublu əldə etməyimizə kömək etmişdi və Əbu Dabidə çətin olacağını başa düşürdük. Amma bu qədər uduzacağımızı gözləmirdik. Sıralanma turunun nəticələri bizi bir qədər təəccübləndirdi. Red Bull-la məhz düzlük sürətiniə görə çox uduzduq.

Hər halda, bacardığımı etdim və sabahlı yarışa hazırlaşacam. Təəssüf ki, maşın burada çox yırğalanır və buna görə düzlükdə itiririk. Bundan əlavə, il boyu əyləc problemi yaşamışıq, əylənmə zamanı maşın sağ tərəfə çəkilir. Məsələn, mən sola dönməyə çalışıram, amma maşın sağ tərəfə meyl edir – bu ideal vəziyyət deyil…”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*