F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün son Qran Prisi olan Əbu Dabidə poul qazanıb və bu, onun Almaniyadan sonra ilk poulu olub.
Lyuis Həmilton: “Uzun müddətdir ki, poul qazanmağa çalışırdım. Başımızı aşağı salıb işləyirdik. Bu gün digər sürücülər də əla performans göstərdilər. Dünən yaxşı nəticə götərməmişdim və dünəndən sonra özümə gəlib geru qayıtdım. Komanda əla iş gördü və tribunada çoxlu insanlar var idi.
Təslim olmaq fikrimiz yoxdur və həmişə təkmilləşə bilərik. Valtterinin ikinci versiyası da həftəsonu rəzində sürətli idi. Buna görə də poul qazandığımçün xoşbəxtəm. Bu, xüsusi maşındır və bununla son dəfə sıralanma turuna çıxdım. Bu bolidi sürdüyüm üçün xoşbəxtəm. Maks da əla performans göstərdi. Yarışda onunla mübarizə aparmağı səbirsizliklə gözləyirəm”.