F-1.az xatırladır ki, Britaniya Qran Prisinin FOM-la müqaviləsi 2019-cu ildə başa çatacaq.
Lyuis Həmilton: “Britaniya Qran Prisi ilə bağlı bəzi yeniliklər olmalıdır. Məncə, mövsümün ən vacib yarışını qəbul edir. Mövqeyi də əladır və azarkeşlər də əla dəstək verirlər. Hər il azarkeşlərin sayı artır və bu maraq idmanı daha yaxşı yerlərə aparacaq. Britaniya həmişə avtoidmanın vacib ölkələrindən olub və belə qalması üçün işləmək lazımdır. Bu cür vacib yarışın təqvimdən çıxması gözəl olmaz”.