L.Həmilton Braziliyanın fəxri vətəndaşı olub

Braziliya Deputatlar Palatasının prezidenti Artur Lira Lyuis Həmiltona Braziliyanın fəxri vətəndaşı adını rəsmən təqdim edib.

F-1.az xəbər verir ki, cənab Lira daha sonra Lyuisi səkkizqat dünya çempionu adlandırıb.

Artur Lira“Yeddi qat F1 dünya çempionu Həmilton, əslən Britaniyalı, lakin ürəyi Braziliyalıdır. Səkkiz… səkkizqat çempion”.

Lyuis Həmilton: “Mən bunu Ayrton Sennaya həsr etmək istəyirəm. Beş yaşım olarkən ilk dəfə Sennanın yarışını izləmişdim və elə o an anlamışdım ki, mən də onun kimi dünya çempionu olmaq istəyirəm”.

Xatırladaq ki, Həmilton keçən il İnterlaqosdakı möhtəşəm qələbədən sonra Braziliya bayrağı ilə bir dövrə vurmuş, podiuma da onunla çıxmışdı. Lyuisə fəxri vətəndaşlığın veriləcəyi hələ iyun ayından elan edilmişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*