F-1.az xatırladır ki, Həmilton 2012-ci ildə McLaren-dən ayrılaraq, Mercedes-ə transfer olunmuşdu. Britaniyalı bildirib ki, o, bu qərarı Ross Brauna görə verib: “Ross ilə işləməyi sevirəm. Ross-un Ferrari-də etdiklərinə baxa-baxa böyümüşəm.
Ross bizim evə gəlmişdi, onunlaa namın mətbəxində söhbət edirdik və ona bir stəkan çay süzdüm. Sonra mənə Mercedes ideyasından danışdı. Bunu eşidəndə sevinmişdim. Daha sonra onunla işləmək əla idi. Gözəl abu-hava qurmuşdu və hamı mehriban idi. Hamı onun yanında özünü yaxşı hiss edir. Getməyinə çox məyus olmuşdum, çünki o, komandaya gəlməyimə əsas səbəbkar idi. Ən əsası da komandanın önəmli hissəsi idi. Komandaya qoşulandan qısa müddət sonra ayrıldı və bu yaxşı deyildi”.
Həmilton əlavə edib ki, Braunun hesabına daha yetişkin sürücü olub: “İllər ərzində gördüyü işləri düşünsək, görərik ki, hazırda uğurlu olduğumuz platformanın təməlini o atıb. Çempion olduq və ona minnətdaram. Bu sevincimi onunla bölüşmüşəm, çünki çempion olmaq üçün neçə illər işlədi.
Ümumilikdə komanda rəhbərləri sürücülərin inkişafına kömək etmirlər, amma böyüməyinə kömək edirlər. Rossun yaxşı tərəflərindən biri budur”.