F-1.az xatırlaıdr ki, Mercedes komandası cümə sərbəst yürüşlərindən sonra zəif təsir bağışlasa da, şənbə günü poul qazanmış və daha sonra yarışda qalib gəlmişdi.
Lyuis Həmilton: “Cümədən şənbəyə böyük dəyişikliklər etdim, çünki bolid rahat deyildi. Birinci sərbəst yürüşlərdən sonra dəyişiklik etmək çətin olur. Çünki trasın normal şəraitə düşməsini gözləyirsiniz. Böyük dəyişiklik etsək də, ikinci sərbəst yürüşlərdə bunun doğru olmadığını gördük. Üçüncü sərbəst yürüşlərdə də maşın mükəmməl deyildi. Sonra isə yağış yağdı. Sıralanma turundan sonra dəyişiklik edə bilmədim. Ən yaxşı sürüş tərzimlə bazar gününə hazırlaşdım”.