L.Həmilton: “Bottası monitorlardan izləyirdim”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Britaniya yarışını qazandıqdan sonra bildirib ki, komandası adına qüsursuz həftəsonu olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlayaraq, qalib gəlib. Üçqat dünya çempionu startdan finişədək liderlik etmiş, son dövrələrdə sürətli dövrəyə imza ataraq, builki 3-cü Böyük Dəbilqəsini qazanıb. Ən əsası isə Həmilton son dövrələrdə təkəri partlayan Fettellə turnir cədvəlindəki xal fərqini minimuma endirib.

Lyuis Həmilton: “Çox xoşbəxtəm. Komanda əla iş gördü və burada mükəmməl nəticə qazandıq. Bazadakı bütün əməkdaşlarla fəxr duyuram. Valtteri də bu gün gözəl iş gördü və mükəmməl nəticə qazandıq. Yaxşı start aldım və Kimi ilə aradakı fərqə nəzarət etməyə başladım. Pitə gəlməyi 19-cu dövrədə düşünürdük, amma daha sonra ilk hissəni uzatmaq qərarına gəldik. Pitə gəlməmişdən əvvəl fərqi əməlli artıraraq, rahatlandıq.

Yarışın sonunda Kimi ilə fərq 12-14 saniyə idi və hər şeyə böyük ekranlardan baxmağa başlamışdım. Son dövrələrdə mənə Ferrari sürücülərinin təkər problemi yaşadıqlarını dedilər. Mənim təkərlərimdə də titrəmə var idi, amma problem yaşamadan damalı bayrağa çata bildim. Mükəmməl həftəsonu idi və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onların köməyi ilə qələbə qazandım. İndi isə Macarıstanda qələbə barədə düşünmək vaxtıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*