F-1.az xatırladır ki, Bottas yarışa pouldan başlasa da, öz azarkeşləri önündə yarışan Həmilton ilk dövrələrdə komanda yoldaşına sağlı-sollu hücumlar edib. Dördüncü dövrədə britanitalı sürücü önə keçsə də, Bottas əks hücumla yerini geri alıb. Daha sonra təhlükəsizlik avtomobili rejimindən yararlanan Həmilton liderliyə yüksəlib və öz vətənindəki yarışın qalibi olub.
Lyuis Həmilton: “Təkər-təkərə mübarizə aparmaq istəyərik. Komanda yoldaşınızla mübarizə apararkən hər şey fərqli olur. Çünki Ferrari ilə yarışanda daha çox riskə girirəm. Düzdür, hörmət edərdim, ancaq daha çox yüklənərdim. Komanda yoldaşımızla isə yarışdan əvvəl oturub ilk döngə barədə danışırıq və təmas yaşanmayacağına əmin oluruq. Onu keçdikdən sonra əks hücum etdi. Bolidi önünə çəkə bilərdim, amma doğru olmazdı. Keçməyinə icazə verdim”.