F-1.az xatırladır ki, britaniyalı sürücü Avstriyada sıralanma turunda komanda yoldaşından 0.019 saniyə geri qalaraq ikinci olub.
Lyuis Həmilton: “Ümumilikdə pis gün deyildi. Bu gün xoşbəxtəm. Valtteri xüsusən də ilk dövrəsində əla iş gördü. Mən də ilk cəhdimdə səhv etdiyim üçün üzərimdə təzyiq artdı. Ancaq komanda üçün əla nəticədir. Ümid edirəm ki, dubl edərik. Ferrari və Red Bull yarış tempində güclü olacaqlar. Buna görə var qüvvəmizlə yarışmalıyıq”.