F-1.az xatırladır ki, britaniyalı sürücü Macarıstanda pouldan başladığı yarışda qalib gələrək, ən yaxın rəqibi Fettellə xal fərqini 24-ə çatdırıb.
Lyuis Həmilton: “Gözəl gün idi. Azarkeşlər möhtəşəm idi. Komanda əla iş gördü və qalib gəldik. Burada Ferrari-lərin sürətli olacağını bilirdik. Amma hər şey qaydasında getdi və finişə hamıdan əvvəl çatdıq. Bu qələbə bizim üçün bonus oldu. İstiyə görə fiziki cəhətdən çətin oldu. İndi isə komanda ilə bunu qeyd etmək istəyirik. Bazadakı hər kəsə təşəkkür edirəm. Hamısı çox işləyərək bizə gözəl bolid verdilər. Onlar olmasa, bacara bilməzdik. Yay tətilində yenə işləyəcəm. Hamı bu tətilə layiqdir. Mövsümün ikinci hissəsinə güclü başlamaq istəyirik”.