F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə istənilən səviyyədə başlaya bilməyiblər və ilk qələbələrini mövsümün 4-cü yarışı Bakıda qazanıblar.
Lyuis Həmilton: “Bolidi bir az yaxşılaşdırmalı və idarəetməsini asanlaşdırmalıyıq. Qətiliklə, keçənilki kimi rahat deyil. Üzərində işləməliyik. Hələ də geridəyik. Kimi Bakıda az qala poul alırdı. Sebastyanı qabaqlamağa yaxın idi. Ferrari saf sürət cəhətdən bizdən öndədir. Onların yarış tempi də bizdən güclüdür. Lakin mübarizənin içindəyik və bolidimiz bərbad gündə deyil”.