L.Həmilton: Bolidi hiss etmirəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton maşında özünü yaxşı hiss etmədiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Ciddədəki sıralanma turunda 8-ci olub. O, bugünkü yarışa 7-ci yerdən start verəcək. Onun komanda yoldaşı Corc Rassell isə yarışa 3-cü yerdən başlayacaq.

Lyuis Həmilton: “Corc əla performans göstərdi. Əla nəticə qazandı və bolidi fərqli nöqtəyə apardı. Mən isə boliddən performans ala bilmədim və bu mənim problemimdir. Yüksək sürətdə maşının balansı yoxdur.

Corcla sazlanamalarımız fərqlidir. Mən maşında özümü yaxşı hiss etmirəm. Nə edirəmsə, alınmır. Bilmirəm nə edim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*