L.Həmilton boliddən razıdır

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton Avstraliyadaki ilk gündən razı qalıb...

F-1.az xatırladır ki, Lyuis Həmilton cümə günü hər iki sərbəst yürüşdə də birinci yeri tutub. Britaniyalı sürücü birinci sərbəst yürüşlərdə tras quruduqdan sonra ən sürətli dövrəni atıb və ikinci sərbəst yürüşlərdə də yağışlı havaya baxmayaraq, yenə birinci yeri tutub.

Son iki ilin çempionu boliddən razı qalıb: “Yaxşı gün idi. Bolid güclü təsir bağışladı və biz az dövrə vursaq da, mükəmməl bir gün keçirtdik.

Tras quru olanda bir neçə dövrə atdıq və gördük ki, bolidin balansı çox yaxşıdır. Bolid mənə müsbət təsir bağışladı.

Burada olduğum və yenidən yarışmağa başladığım üçün çox həyəcanlıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*