L.Həmilton: “Bolid zəifdir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni boliddə özünü yaxşı hiss etmir.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm hələ də qələbə qazana bilməyib. Bu bəs deyilmiş kimi – artıq komanda yoldaşı Bottasa da uduzmağa başlayıb.

Lyuis Həmilton: “İdeal formadayam. Mövsümə yaxşı hazırlaşdım və özümü yaxşı hiss edirəm. Lakin problem boliddədir. Strategiya və başqa şeydə problem yoxdur. Sadəcə həftəsonu ərzində özümü rahat hiss etmirəm. Tempimiz zəifdir. Bunu anlayıb üzərində işləməliyəm. Bunu komanda ilə birlikdə həll etməliyik. Amma əsas problem mən tərəfdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*