F-1.az xatırladır ki, testlərin ilk günündə Valtteri Bottas 69, Lyuis Həmilton isə 81 dövrə vurub. Hər iki sürücü də lider Fetteldən 2 saniyə geridə qalıb.
Lyuis Həmilton: “Yenidən boliddə olmaq və problemsiz işlədiyini görmək əladır. Keçənilkinə nisbətən fərqli hiss etdirir. İndi buna öyrəşməliyik. Balansı və bolidin xarakteriskasını öyrənməyə çalışırıq. Gözəl gün oldu. Planımızı tamamladıq və üzərində işləməyə davam edəcəyik. Öyrənəcəyimiz çox şey var”.
Valtteri Bottas: “Bolid yeni olsa da, balansı təkmilləşdirmək üçün yollar tapa bildik. Növbəti günlərdə bunun üzərində işləyəcəyik”.