L.Həmilton: “Birinci döngədə üstünlük qazanmadım”.

Lyuis Həmilton Meksika yarışının ilk döngəsində trası kəsərək üstünlük qazanması iddialarını qəbul etməyib.

F-1.az xatırladır ki, yarışa pouldan başlayan Həmilton uğurlu startdan sonra uzun düzlüyün sonunda təkərlərini blokladığı üçün birinci döngəyə gorə bilməyib.

Yarışın sonunda Ferstappen də buna bənzər formada trası kəsib və yerini Fettelə qaytarmadığı üçün nəticəsinə 5 saniyə əlavə edilib. Ferstappen, Helmut Marko və Daniel Rikkardo Həmiltonun cəza almalı olduğunu qeyd ediblər.

Amma britaniyalı bu fikirlərlə razı deyil: “Təkərlərimi yandırdım və buna görə də üstünlük qazanmamışam. Döngəyə girəndə də lider idim. Buna görə də üstünlükdən danışmaq yersizdir.

Qızdırma dövrəsində sağ ön əyləcdə problem var idi. Sol əyləcin temperaturu 500 dərəcə, sağda isə 200-250 dərəcə idi.

Birinci döngəyə girəndə, sağ əyləc bloka düşdü. Çox sürətli idim. Bəxtim gətirdi ki, divara dəymədim. Daha sonra isə boliddə titrəmə hiss etdim. Davam edib-etməyəcəyimi bilmirdim. Çünki titrəmə həddən artıq çox idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*