L.Həmilton: “Bir nömrəli sürücü mənəm”

Həmilton Mercedes-in 1 nömrəli sürücüsü olduğunu düşünür və Malayziyadakı insidentdən sonra hansı işlərin görüləcəyindən danışıb.

F-1.az bildirir ki, Həmiltonun Malayziyadakı insidentdən sonra çoxlu söz-söhbətlər oldu. Əvvəlcə komanda, sonra isə daha böyük qüvvələr günahlandırıldı.

Amma reallıq budur ki, Həmilton hazırda Rosberqdən 23 xal geridədir və onun son 5 yarış üçün 2 mühərriyi qalıb.

Lyuis Həmilton: “Mercedes-in 1 nömrəli sürücüsü mənəm. Buna görə də bu cür vəziyyətlərdə işin əslini və bunun üçün nə etməli olduğumuzu bilməliyəm. Bu halların niyə təkrarlandığını bilməliyəm. Trasda 8 Mercedes mühərriyi olan bolid var. Amma ancaq mənim mühərriklərim xarab olur.

İki mühərriyim qalıb. Komandanın onların uzun müddət işləməsi üçün əlindən gələni edəcəklərindən əmin olmaq istəyirəm. Buna görə narahatam. Əgər hər hansı bir sessiyada iştirak etmək lazım deyilsə, etmərəm. Nə lazım olsa, edəcəm. Çünki yarışa çıxmaq istəyirəm. Bəzən təcrübə qazanaraq özünü təkmilləşdirirsən, amma elə vaxt olur ki, bu təcrübənin heç bir faydası olmur. Amma mən bütün bunlara baxmayaraq, çox güclüyəm.

Bu problemi həll etməliyik. Komandamız mühərriyi araşdıracaq və problemi həll edəcək. Həmişə problemləri tapırlar və onun təkrarlanmasının qarşısını alırlar”.

Toto Volff: “İki mühərriyimiz qalıb. Biri 3 yarışa çıxdı. Digəri təzədir. Növbəti yarışlarda mühərriklərin bütün detallarını yoxlayacayıq. Malayziyada yaşanan problemi həll etmək üçün nə lazımdırsa, edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*