F-1.az xatırladır ki, iki sürücü 2013-2016-cı illərdə komanda yoldaşı olmuş və 3 mövsüm Həmilton almaniyalı sürücünü məğlub etdiyi halda, bir mövsüm Rosberq güclü komanda yoldaşını məğlub edə bilmişdi.
2016-cı ilin Dünya Çempionu son açıqlamasında Həmiltonun qeyri-stabil olduğunu və belə dövrlərdə onu məğlub etməyin asan olduğunu demişdi.
Lyuis Həmilton: “Məncə, keçən il belə olmadığımı sübut etdim. Məncə, əksəriyyət manşetə çıxmaq istəyir və bu yollara əl atır. Builki hədəfim keçənilkindən stabil olmaqdır. Keçən il stabilliyim hesabına çempion oldum”.