F-1.az xatırladır ki, britaniyalı sürücü 1-ci sərbəst yürüşlərdə liderdən 1 saniyə, 2-ci sərbəst yürüşlərdə isə 1.1 saniyə geridə qalıb.
Lyuis Həmilton: “Bizim üçün çox çətin gün oldu. Bura çox çətin trasdır və üzərində işlədiyimiz nüanslar var. Sıralanma turundan əvvəl görməli olduğumuz çox iş var. Amma Valtterinin ikinci sessiyadakı nəticəsi məni ümidləndirdi. Buna görə də boliddəki potensialı görürük. Gecə çox işləməliyik”.