L.Həmilton: Belə olacağını gözləmirdik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Avstriyada belə zəif performans göstərməyi gözləmirlərmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü Barselona və Kanadada ardıcıl iki podium qazandıqdan sonra Avstriyada 8-ci yeri tutub. O, tras limitlərini 5-dəfədən çox aşdığı üçün 15 saniyə cərimələnib.

Lyuis Həmilton: “Bazar günü bizim üçün elə də yaxşı keçmədi. Belə yavaş olmağı gözləmirdik. Avstriyadakı performansımız bizim üçün sürpriz oldu. Hələ bunun səbəbini bilmirik. Amma bu trasda gördük ki, bəzi sahələrdə inkişaf etməliyik.

Bolidin arxası güclü olmadığı üçün Avstriyada balansı qorumaq üçün ön tərəfdə dəyişikliklər etdik. Amma bəzi döngələrdə, xüsusən də 10-cu döngədə çox çətinlik çəkdim. Bolid çox sürüşürdü və heç nə edə bilmirdim.

Buna görə də tras limirləri ilə mübarizə aparmalı oldum. Hər iki pit-stopda da bolidib ön qanadında sazlanma dəyişikliyi etdik və bolid özünə gəldi. Amma yenə də çox çətin idi”.

Lyuis Həmilton rəqibi Lando Norrisin performansına təriflər yağdırıb: “McLaren və Lando Avstriyada əla performans göstərdi. McLaren doğrudan da sürətli idi. Onların belə sürətli olmasını gözləmirdim. Amma biz də belə yavaş olmağımızı gözləmirdik. Buna veriləcək cavabımız yoxdur.

Bolidin hissiyyatı keçənilki ilə demək olar ki, eyni idi. Ancaq son iki yarışda vəziyyət tamamilə fərqli idi. Özümü əvvəlki yarışlara nisbətən yaxşı hiss etmişdim. Red Bull Rinq bəzi zəif yönlərimizi üzə çıxardı”.

Qeyd edək ki, Mercedes komandası Silverstouna yeniliklər gətirəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*