L.Həmilton: “Belə hallar labüddür”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, avtoidmanda belə halların olması labüddür.

F-1.az xatırladır ki, britaniyalı sürücü Almaniyadakı sıralanma turunda hidravlik problem yaşayaraq, 1-ci sessiyada mübarizəni dayandırıb. Beləliklə, dördqat Dünya Çempionu yarışa 14-cü yerdən başlamalı olacaq.

Lyuis Həmilton: “Bunu həzm etmək asan deyil. Amma əlimdən heç nə gəlmir. İndi isə yarışa hazırlaşmalıyıq. Bizi uzun yarış gözləyir və hələ heç nə bitməyib. Şansım Silverstouna nisbətən daha çoxdur.

Porebriklərdən istifadə problemə səbəb olmadı. Deyəsən, döngədən çıxmamışdan əvvəl problem var idi. Bununla bağlı heç nə edə bilməzdim. Yağ sızıntısı olduğunu gördüm və dayanmalı idim. Amma təslim olmayacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*