F-1.az xatırladır ki, britaniyalı sürücü Barselonadakı sıralanma turunda komanda yoldaşı Bottasdan 0.6 saniyə geridə qalaraq, ikinci olub.
Lyuis Həmilton: “Valtteri əla iş gördü. Həftəsonu ərzində çox sürətli idi. Mən isə hər şeyi bir araya gətirə bilmədim. Son sessiyadakı iki cəhdim də yaxşı deyildi. Son cəhdimdən əvvəl batareya demək olar ki, boşalmışdı. Amma özüm də yaxşı performans göstərmədim. Komanda növbəti dəfə ilk cərgədədir. Sabah yenidən qələbə dublu etməyə çalışacağıq. Qələbə qazansam, xoşbəxt olaram. Sabah əlimdən gələni edəcəm. Ümid edirəm ki, hər şey yaxşı olar”.