L.Həmilton: Balans problemi var

Koronavirusa yoluxduğu üçün Saxir yarışını buraxan, amma Əbu Dabidə yenidən sükan arxasına qayıdan Lyuis Həmilton bildirib ki, bolidin balansı istədiyi kimi deyil.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunun ilk iki sessiyasında birinci olsa da, yeddiqat Dünya Çempionu 0.08 saniyə fərqlə üçüncü olub.

Lyuis Həmilton: “Düzünü desəm, sükan arxasına qayıtdığım üçün sevincliyəm. Həftəsonu çox çətin keçir. Yenidən temp tapmağa çalışıram. Bolidin balansı məni təəccübləndirdi. Əlimdən gələni etdim.

Maksı təbrik edirəm. Gözəl performans göstərdi. Mövsümü gözəl bitirir. Sabah onun işini çətinləşdirəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*