L.Həmilton: “Bakıdan sonra ən çətin yarışım idi”

Rusiya yarışını komanda yoldaşı Bottasın 36 saniyə gerisində bitirən Lyuis Həmilton bildirib ki, qəribə və çətin həftəsonunu geridə qoyub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 4-cü yerdən başlayıb. Startda Rəyykönen və Rikkardo ilə mübarizə aparsa da, öz yerində qalıb və yarışı başladığı yerdə bitirib. Beləliklə, 32 yaşlı sürücü 2016-cı ilin Bakı yarışından sonra finiş gördüyü yarışlarda ilk dəfə podiuma yüksələ bilməyib.

Lyuis Həmilton: “Sərbəst yürüşlərdən etibarən qəribə həftəsonu oldu. Daha əvvəl bu cür çətin həftəsonu nə vaxt keçirtdim bilmirəm. Deyəsən, Bakıda idi. Lazımi qədər sürətli deyildim və bolid sürüş üçün rahat deyildi. Yarışda qızdırma problemi yaşadım və maksimum həddə gedə bilmədim. Buna görə də rəqiblərimin məndən uzaqlaşmasını izlədim. Kimiyə yaxınlaşmaq istıyəndə isə bolid həddən artıq qızdığı üçün tempi aşağı salmalı olurdum. Amma qazandığım xallara görə sevincliyəm.

Startda yanımda Kimi var idi və məni sola itələyirdi. Danielin orada olduğunu bilmirdim. Amma bildiyim qədərilə bolidə zərər dəymədi. Amma bu həftəsonu sürətli deyildim.

Valtteri bu gün əla iş gördü və ona görə sevinirəm. Komanda olaraq yaxşı xalar qazanıb, yenidən liderliyə yüksəldik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*