F-1.az xatırladır ki, britaniyalı sürücü Azərbaycan Qran Prisində təhlükəsizlik maşınının arxasında ayağını qazdan çəkmiş və Fettel özünü saxlaya bilməyərək arxadan Həmiltona çırpılmışdı. Lakin almaniyalı sürücü əzəli rəqibinin bu hərəkətini əyləc testi zənn etmiş və hisslərini cilovlaya bilməyərək, Həmiltonla bərabərləşmiş və özünü rəqibinə çırpmışdı. Stüardlar bu hərəkətinə görə Fettelə 10 saniyəlik dayan və get cəzası vermişdilər.
Lyuis Həmilton: “Həmin yarışda ən pisi o idi ki, hamı mənə “səhvən sənə çırpıldı” deyirdi. Mən isə onlara dedim ki, “ikimiz də Formula1-in zirvəsindəyik, məgər Fettel bolidini düz sürə bilməyən sürücüdür?” Daha sonra stüardların yanına getdim və mənə “deyəsən, haqlısan” dedilər. Mən də onlara “deyəsən, başqa yarışa baxmısınız” dedim”.