F-1.az bildirir ki, bu barədə həm sürücü, həm də komanda sosial şəbəkələrdə və rəsmi saytında məlumat veriblər. Mercedes AMG-nin saytında dəbilqənin dizaynı dərc olunub.
Müsabiqə fevralın 6-da başa çatacaq. Həmin vaxta qədər azarkeşlər komandanın saytından şablon dizaynı yükləməli, öz dizaynlarını verdikdən sonra İnstagram-da Həmiltonu işarələyərək (@LewisHamilton) və #LH44Design həştəqindən istifadə edərək paylaşmalıdırlar. Hər bir azarkeş müsabiqədə istədiyi sayda dizaynla çıxış edə bilər.
Lyuis müsabiqənin qalibi ilə bu mövsüm baş tutacaq yarışlardan birində xüsusi olaraq görüşəcək və ona dəbilqənin real ölçülərdə olan imzalı prototipini təqdim edəcək.
Şablonu yükləyə bilmək üçün aşağıdakı şəkildə gösərdiyimiz xananı işarələməlisiniz.