L.Həmilton: Avtoidmanda belə hallar olur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yaxşı dövrə vura bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü Brazilayadakı sıralanma turunda 8-ci yeri tutub.

Lyuis Həmilton: “Sonlarda yağış yağarkən trasa çıxdım, çünki trasdakı şəraitə baxmaq istəyirdim. Lakin tamamilə yaş idi və əlimizdən heç nə gəlmirdi. Ancaq avtoidman belədir. Burada doğru zamanı tapmaq çətin idi. Sessiya ərzində hava çox qaranlıq idi və yağış damcılarını görmək olmurdu. Deyəsən trasa ən son mən çıxdım. Buna görə də yağışdan təsirləndim.

Bunlardan başqa pit yolunda gözləyərkən təkərlərin temperaturu düşdü. Trasa çıxandan sonra da hər şeyi bir araya gətirə bilmədik. Səkkizinci yer yaxşı nəticə deyil. Məmin üçün pis sessiya olsa da, Corc yaxşı idi. Kevini də poula görə təbrik edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*