F-1.az xatırladır ki, “yaşıllar” mövsümöncəsi testlərdə sürətli görünüblər. Əksəriyyət düşünür ki, Aston Martin hazırda üçüncü sürətli komandadır.
Lyuis Həmilton: “Aston Martin-in sürətlənməsini görmək məni sevindirdi. Belə başa düşürəm ki, ön qrupdadırlar.
Ancaq rəqiblərin də hansı yanacaq yükü ilə trasa çıxdıqlarını bilmirik. Yəni vəziyyət qarışıqdır. Lakin güclü göründükləri reallıqdır. Ön qrupda mübarizə apara bilərlər. Bunu növbəti iki gündə görəcəyik.
Mən həmişə istəmişəm ki, mübarizədə çoxlu komanda olsun. Deyəsən artıq bu reallaşır”.