L.Həmilton: Asfaltlamaq yersiz idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Türkiyədəki cümə sərbəst yürüşlərindən sonra trasdan narazı qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə günü keçirilən sərbəst yürüşlərdə 15-ci və 4-cü olub.

Yarışdan əvvəl İstanbul Park trasına yeni asfalt qatı çəkilmişdi. Buna görə də indiki maşınların nəticəsi 2000-ci illərin maşınlarının nəticəsinə uduzur.

Lyuis Həmilton: “Düzünü desəm, bərbad idi. Səbəbini bilmirəm. Çünki bura mükəmməl trasdır və yeni asfalt çəkiləndə milyonlar xərclədilər. Bilirəm, burada uzun illər yarışmadıq, amma bu qədər pul xərcləməkdənsə, təmizləmək olardı. Hazırda bu tras yeni asfaltlanmış Portimaodan belə pisdir. Təkərlər işləmir və bunu görmək mümkündür. Elə bil buz meydançasındayıq. Həzz almırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*