F-1.az xatırladır ki, Lyuis Həmilton Braziliyada bütün yarışı birinci yerdə gedərək, qalib gəlib və finişdə ən yaxın izləyicisi olan Rosberqi 11 saniyə qabaqlayıb.
Lyuis Həmilton: “Çox asan yarış idi. İndiyə qədər keçirdiyim ən asan yarış. Yerimdə fırlanmadım və problem yaşamadım. Çox asan idi. Hətta, 2008-ci ildəki Silverstoun yarışı bundan daha çətin idi”.
Qeyd edək ki, Həmilton Ayrton Sennanın ən böyük fanlarından biridir. Buna görə də britaniyalı bildirib ki, Ayrtonun ölkəsində qələbə qazanmaq onun ən böyük arzusu olub: “Neçə ildən sonra… Burada qalib gəlmək çətindir, ancaq son 10 ildəki ən asan yarışım idi”.
Həmilton Braziliyada qalib gələrək, çempionatın lideri Rosberq ilə xal fərqini 12-yə endirdi. Amma almaniyalı sürücü sonuncu yarışda 3-cü olsa belə, Dünya Çempionu titulunu qazanacaq.
Lyuis Həmilton: “Əlimdən gələni edəcəm və təkcə bunu edə bilirəm. Komanda mənə güclü bolid verdi və mən də problem yaşamadım. Əbu Dabi mənim üçün əlverişli traslardan biridir”.