F-1.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm 9 yarış qazanıb.
Lyuis Həmilton: “Mövsümün ikinci yarısı bizim üçün qüsursuz idi. Komanda əla işlədi və rəqiblərimizi məğlub edə bildik. İndi önümüzdə sadəcə 1 yarış qalıb və hər şeyi əldə etsək də, burada da qalib gəlmək istəyirik. Sebastyan Braziliyada qalib gəldi və onun yenidən qazanmasına imkan verməməliyik. Mövsüm ərzində maksimum güclə hücum etdik. Çox stabil və güclü bolidimiz var idi. Buna görə xoşbəxtəm. Son yarışdan həzz almağa çalışacam”.